Daşınar əmlakın yüklülüyünün dövlət reyestri fəaliyyətə başlamışdır

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin fəaliyyətə başlanması

 

Daşınar əmlak üzərində yüklülüklər, o cümlədən girovlar, elektron qaydada https://mpcr.fimsa.az ünvanında qeydiyyata alına bilər. Reyestr yüklülük sahiblərinə müəyyən üstünlüklər verməklə yanaşı, həmçinin, digər şəxslərin yüklülüklərin axtarışı üçün imkan yaratmaqdadır.  

 

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə yüklülük bildirişlərinin daxil edilməsinə görə 10 (on) manat, yüklülüyə dəyişiklik bildirişlərinin reyestrə daxil edilməsinə, habelə reyestrdə məlumat axtaran şəxsin sorğusu əsasında ona axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün isə 6 (altı) manat  məbləğində istifadə haqqı ödənilir. Digər hallarda, yəni yüklülüyə etiraz bildirişlərinin, dövlət və ya bələdiyyə yüklülüyü barədə bildirişlərin reyestrə daxil edilməsi, habelə reyestrdə məlumat axtarışı və məlumat axtaran şəxsin reyestr vasitəsilə sorğusu əsasında ona axtarışın nəticələrinə dair elektron sənəd formasında hesabatın verilməsi ödənişsiz həyata keçirilir.

ƏLAQƏLİ XƏBƏR VƏ MƏLUMATLAR
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri fəaliyyətə başlamışdır
24 May 2018
Daşınar əmlak üzərində yüklülüklər, o cümlədən girovlar, elektron qaydada https://mpcr.fimsa.az ünvanında qeydiyyata alına bilər.
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçini işə dəvət edir
24 May 2018
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçi vəzifəsi üzrə ödənişli əsasla işçi dəvət edir. Təcrübə proqramının 3-6 ay davam edəcəyi nəzərdə tutulur.
Yeni mübahisələrin həlli mərkəzi
24 May 2018
Azərbaycanda yeni mübahisələrin həlli mərkəzi fəaliyyətə başlamışdır