İflas qanunvericiliyində ciddi dəyişikliklər

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa 24 aprel 2018-ci il tarixində edilmiş dəyişikliklər

  

28 aprel 2018-ci il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikası Qanunu ilə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununa bir sıra əlavə və dəyişikliklər edilmişdir.  

 

Qanuna edilmiş bir sıra dəyişikliklərlə hüquqi şəxslərin sağlamlaşdırma qaydasına ciddi dəyişiklik edilmiş, Qanuna yeni “sağlamlaşdırma planı” anlayışı daxil edilmiş, sağlamlaşdırma üçün müraciət qaydası, sağlamlaşdırma proseduru və sağlamlaşdırma prosesinə başlanmasının hüquqi nəticələri müəyyən edilmişdir. 

 

Bununla yanaşı dəyəri borclunun aktivlərinin 5 faizindən az hissəsini təşkil edən aktivlərin satılması hüququ kreditorlar yığıncağının razılığı tələb olunmadan əmlak inzibatçısına verilmiş, onun müəyyən əqdləri mübahisələndirmək hüququnun tətbiq dairəsi artırılmışdır.

 


ƏLAQƏLİ XƏBƏR VƏ MƏLUMATLAR
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri fəaliyyətə başlamışdır
24 May 2018
Daşınar əmlak üzərində yüklülüklər, o cümlədən girovlar, elektron qaydada https://mpcr.fimsa.az ünvanında qeydiyyata alına bilər.
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçini işə dəvət edir
24 May 2018
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçi vəzifəsi üzrə ödənişli əsasla işçi dəvət edir. Təcrübə proqramının 3-6 ay davam edəcəyi nəzərdə tutulur.
Yeni mübahisələrin həlli mərkəzi
24 May 2018
Azərbaycanda yeni mübahisələrin həlli mərkəzi fəaliyyətə başlamışdır