Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiyaya qoşulma barədə

Azərbaycan Respublikasının 2005-ci il 23 noyabr tarixli “Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiyası”na qoşulması barədə 6 mart 2018-ci il tarixində Qanun qəbul edilmişdir və Konvensiya 17 mart 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikası ərazisində qüvvədədir. Qeyd edilən Konvensiya müxtəlif dövlətlərdə yerləşən tərəflər arasında müqavilələrin elektron qaydada (o cümlədən, elektron poçt, teleqram və sair vasitələrlə) bağlanması, bu qaydada bağlanmış müqavilələrin etibarlılığı və digər məsələləri tənzimləyir. 

ƏLAQƏLİ XƏBƏR VƏ MƏLUMATLAR
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçini işə dəvət edir
21 Apr 2018
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçi vəzifəsi üzrə ödənişli əsasla işçi dəvət edir. Təcrübə proqramının 3-6 ay davam edəcəyi nəzərdə tutulur.
Yeni mübahisələrin həlli mərkəzi
21 Apr 2018
Azərbaycanda yeni mübahisələrin həlli mərkəzi fəaliyyətə başlamışdır
Şirkətimizin rebrendinqi
21 Apr 2018
Şirkətimizin rebrendinqi tamamlanmış, ünvanı dəyişmişdir