Xarici valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik

“Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na 26 fevral 2018-ci il tarixində edilmiş və 8 mart 2018-ci il tarixində qüvvəyə minmiş dəyişikliyə əsasən rezidentlər və qeyri-rezidentlər ölkəyə idxalı təsdiq edən gömrük bəyannaməsini (və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi) artıq 180 gün deyil, 270 gün müddətində banka təqdim etməlidirlər.

Qeyd edilən müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda belə şəxsə qarşı cərimə tətbiq olunur. Vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10%-dən 20%-dək məbləğdə, hüquqi şəxslər isə həmin məbləğin 20%-dən 30%-dək məbləğdə cərimə edilir.

ƏLAQƏLİ XƏBƏR VƏ MƏLUMATLAR
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri fəaliyyətə başlamışdır
18 Jul 2018
Daşınar əmlak üzərində yüklülüklər, o cümlədən girovlar, elektron qaydada https://mpcr.fimsa.az ünvanında qeydiyyata alına bilər.
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçini işə dəvət edir
18 Jul 2018
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçi vəzifəsi üzrə ödənişli əsasla işçi dəvət edir. Təcrübə proqramının 3-6 ay davam edəcəyi nəzərdə tutulur.
Yeni mübahisələrin həlli mərkəzi
18 Jul 2018
Azərbaycanda yeni mübahisələrin həlli mərkəzi fəaliyyətə başlamışdır