Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçini işə dəvət edir

Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçi vəzifəsi üzrə ödənişli əsasla işçi dəvət edir. Təcrübə proqramının 3-6 ay davam edəcəyi nəzərdə tutulur. 


Adrem Attorneys bank və maliyyə, korporativ, beynəlxalq xüsusi hüquq və mübahisələrin alternativ həlli sahəsində ixtisaslaşmış hüquq şirkətidir. Şirkət əsasən yalnız korporativ müştərilərə xidmət göstərməkdədir və şirkətin müştəriləri sırasında beynəlxalq hüquq şirkətləri, Azərbaycanın qeyri-neft sektorunun ən iri şirkətləri, beynəlxalq təşkilatlar və "Fortune 500" şirkətlər siyahısına daxil olan dünyanın aparıcı sənaye şirkətlərindən biri daxildir. Şirkət Azərbaycan, rus və ingilis dillərində hüquq xidmətləri təklif etməkdədir. Şirkət barədə daha ətraflı məlumatla www.adremlaw.com saytında tanış ola bilərsiniz.


İşçinin funksiyaları


• Qanunvericilikdə baş vermiş dəyişikliklərin xülasəsini tərtib edir; 

• Müqavilə, saziş və digər hüquqi sənədləri tərtib edir və yoxlanışını həyata keçirir;

• Hüquqi şəxslərin korporativ sənədlərini yoxlayır, dövlət orqanlarına təqdim edilməsi üçün sənədləri hazırlayır və təqdim edir; 

• Şirkətdaxili sənədləşmə işlərinin aparılmasını təmin edir;

• Sənədlərin tərcümə edilməsi;

• Gördüyü işlərə aid hesabat hazırlayır və s.


Əsas tələblər


• Ali hüquq təhsilini tamamlamaq üzrə olan və ya son 2 il ərzində tamamlamış və özünü inkişaf etdirməkdə maraqlı olan şəxs (hal-hazırda magistr təhsili alanlara üstünlük verilə bilər) 

• Təvazökarlıq və zəhmətkeşlik;

• Analitik qabiliyyət və detallara diqqətlilik;

• İlkin kompüter bilikləri;

• Azərbaycan və İngilis dili biliyi. Rus dili arzuolunandır.


Təcrübəçinin fəaliyyət göstərəcəyi ünvan


• İşçi Bakı şəhəri, Hyatt Tower II (İzmi küçəsi 1033) ünvanında yerləşən ofisdə fəaliyyət göstərəcəkdir. 


Digər məsələlər


• Hazırkı vakansiya daha çox öyrənməyə və öz üzərində işləməyə maraqlı gənc hüquqşünaslara uyğundur. Təcrübəçiyə çox aşağı məbləğdə olsa da, aylıq əmək haqqı ödəniləcəkdir.

• Şirkətdə təcrübə keçmək bank və maliyyə, korporativ, beynəlxalq xüsusi hüquq və mübahisələrin alternativ həlli sahəsində ixtisaslaşmağa kömək edəcəkdir. 

• Təcrübə müddətinin sonunda işçinin fəaliyyəti və bazar şəraiti nəzərə alınaraq, işçiyə uzunmüddətli iş təklif edilə bilər. 


Maraqlananlar tərcümeyi-hallarını (CV) və son dəfə hüquq təhsili aldıqları ali təhsil müəssisəsindəki qiymət cədvəllərini “office@adremlaw.com” elektron poçt ünvanına 24 noyabr 2017-ci il tarixinədək göndərə bilərlər. Xahiş edirik, heç bir əlavə sənəd (sertifikat, şəhadətnamə və s.) göndərməyəsiniz. 


Elektron məktubun mövzu (subject, тема) hissəsində Təcrübəçi hüquqşünas yazmaq tələb olunur.

ƏLAQƏLİ XƏBƏR VƏ MƏLUMATLAR
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçini işə dəvət edir
21 Apr 2018
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçi vəzifəsi üzrə ödənişli əsasla işçi dəvət edir. Təcrübə proqramının 3-6 ay davam edəcəyi nəzərdə tutulur.
Yeni mübahisələrin həlli mərkəzi
21 Apr 2018
Azərbaycanda yeni mübahisələrin həlli mərkəzi fəaliyyətə başlamışdır
Şirkətimizin rebrendinqi
21 Apr 2018
Şirkətimizin rebrendinqi tamamlanmış, ünvanı dəyişmişdir