HAQQIMIZDA

Adrem Attorneys Azərbaycan Respublikasının Bakı şəhərində fəaliyyət göstərən ixtisaslaşmış hüquq şirkətidir. Məlumat üçün bildirək ki, Hüquq Şirkəti 2015-ci ilin sonunda yaradılmışdır. Şirkət əsasən bank, ödəniş sistemləri, maliyyə, korporativ, vergi, beynəlxalq xüsusi hüquq və mübahisələrin alternativ həlli sahəsində ixtisaslaşır. Şirkətin müştəriləri arasında digər müştərilərlə yanaşı beynəlxalq hüquq şirkətləri, Azərbaycanın ən böyük əczaçılıq şirkətlər qrupu, yerli və xarici prosessinq şirkətləri, otelçilik və topdan idxal sahəsində ixtisaslaşmış şirkətlər və "Fortune 500" şirkətlər siyahısına daxil olan dünyanın aparıcı sənaye şirkətlərindən biri daxildir. Şirkət Azərbaycan, rus və ingilis dillərində hüquq xidmətləri təklif etməkdədir.


Hüquqşünaslarımızın təcrübəsi, savadı, motivasiyası və məsuliyyətli yanaşması səmərəli, etibarlı və keyfiyyətli xidmətimizin təminatıdır.

Bizim hüquqşünaslarımız müxtəlif sahələrdə, o cümlədən, korporativ, maliyyə, bank, arbitraj hüququ və kommersiya mübahisələrin həlli sahələrində təcrübəlidir və onların təcrübəsi bizim göstərdiyimiz hüquqi xidmətlərin keyfiyyətini təmin edir. Bundan əlavə, hüquqşunaslarımızın biznes menecment sahəsində təhsil və təcrübələri müştərilərimizin ehtiyaclarını anlamaqda və onlara səmərəli hüquq məsləhətləri verməkdə dəstək olurlar.
Şirkətimiz mübahisələrin həlli və bank hüququ sahələrində təcrübəli hüquqşünas Ruslan Mirzəyev tərəfindən idarə edilir.


ƏLAQƏLİ XƏBƏR VƏ MƏLUMATLAR
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçini işə dəvət edir
21 Apr 2018
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçi vəzifəsi üzrə ödənişli əsasla işçi dəvət edir. Təcrübə proqramının 3-6 ay davam edəcəyi nəzərdə tutulur.
Yeni mübahisələrin həlli mərkəzi
21 Apr 2018
Azərbaycanda yeni mübahisələrin həlli mərkəzi fəaliyyətə başlamışdır
Şirkətimizin rebrendinqi
21 Apr 2018
Şirkətimizin rebrendinqi tamamlanmış, ünvanı dəyişmişdir